Rəhim Rəhimli səhhətindən danışdı: “Ayağımda damar tıxanmaları var” - VİDEO

11:40 02-05-2020 1067

Efirdən yan qaçan, “MTV Azərbaycan” telekanalının keçmiş rəhbəri, bəstəkar-müğənni Rəhim Rəhimli “Space” radiosunun “Yanar saat” adlı şousunda qonaq olarkən səhhətində yaranmış problemlərdən söz açıb.

HerGun.Az xəbər verir ki, sənətçi ayağında olan ağrılardan əziyyət çəkdiyini dilə gətirib:

“Üç il öncə ağır qəza keçirmişəm. Qəzadan sonra əməliyyat olundum. Damarda tıxanmalar var. Ayağıma “mil” qoyublar. Hələ də ağrılarım var və bu, mənə əziyyət verir”.

Qeyd edək ki, R.Rəhimli üç il öncə keçirdiyi ağır qəzadan sonra Mərkəzi Gömrük Hospitalında əməliyyat olunub. O, aylarla əsanın köməyi ilə gəzib.

Rəşad Əliyev