Günay İbrahimli: Hamının toyuna gedirəm, amma öz toyumda artıq adam istəmirəm - FOTO

11:00 03-05-2020 478

Müğənni Günay İbrahimli gözlənilən toyu haqqında maraqlı açıqlamalar verib.

HerGun.Az xəbər verir ki, sənətçi “Xəzər TV”də yayımlanan “5/5” axşam şousunda qonaq olarkən proqramın aparıcısı Zaur Kamalın ünvanladığı “Müğənnilər sevirlər ki, onların toyları dəbdəbəli və cahcəlallı keçsin. Sənin də toyun belə olacaq?” sualına Günay belə münasibət bildirib:

“Sevmirəm dəbdəbəli, cəhcəlallı və həddən artıq qonaqlı-qaralı keçən toyları. Sadəlik aşiqiyəm. Həmişə özümə ad günü məclisi keçirəndə sənət yoldaşlarım məndən inciyirlər ki, niyə onları dəvət etmədim. Ad günü edəndə 15-20 nəfər qonağım olur, o da ki yalnız yaxın dostlarım. Toyum olsa, maksimum 100 nəfər qonaq çağıracağam. Artıq adam istəmirəm. Hamının toyuna gedirəm, amma toyuma hamını dəvət etməyəcəyəm”.

Verilişin gedişatında Zaurun “Nişanlı qalmaq, yoxsa tez bir zamanda evlənmək?” fikrini müğənni belə şərh edib:

“Nişan sevmirəm. Düşər-düşməzliyi olur. Öz müşahidəmi deyəcəyım ki, nişanlı qalanda yaxın qohumlar arasında rəhmətə gedən çox olur. Elə ona görə düşünürəm ki, ən yaxşısı bir həftənin içində toy etməkdir. Nişanlananda qızla oğlan problemlər axtarırlar. Onsuz da problem hər zaman var. Əgər bir-birinizi sevirsinizsə, gözləməyin, dərhal evlənin”.

Qeyd edək ki, şou cameəsində Günay İbrahimlinin Rəşad adlı bəylə uzun müddətdir münasibətdə olduğu deyilir. Müğənni isə bu mövzuda sualları cavabsız qoyur.

Rəşad Əliyev