Anardan imic qalmaqalına sərt reaksiya: Röya ilə Natavan arasında bənzərlik sıfırdır - FOTO/VİDEO

12:40 03-05-2020 686

Son günlər dünya şöhrətli stilist və vizajist Anar Ağakişiyevin Xalq artisti Röya Ayxanın imici üzərində etdiyi 180 dərəcəlik dəyişimi izləyicilər tərəfindən heyrətlə qarşılanıb.

Bir neçə gün sonra isə stilist Gusik Simonun müğənni Natavan Həbibinin qısa saçlarını parik vasitəsi ilə uzadaraq, dalğavari etməsi Röyanın yeni imicinin birə-bir oxşarlıq olması diqqətdən yayınmayıb.

Hərçənd, Natavan Həbibi sosial media hesabında bu mövzuda yayılan şaiələrin əsassız olduğunu və Röyadan daha öncə etməsini yazsa da, onun bu addımı sosial şəbəkə istifadəçiləri tərfindən birmənalı qarşılanmayıb. Onlar Həbibini Xalq artistini təkrarlamaqda günahlandırıblar.

HerGun.Az xəbər verir ki, qalmaqallı məsələyə Anar Ağakişiyev ATV-də yayımlanan “Birlikdə güclüyük” səhər şousunda qonaq olarkən geniş şəkildə aydınlıq gətirib.

Dünya şöhrətli stilist qarşı tərəfin “Bu imici birinci biz etmişik” iddialarını canlı efirdə yalanlayıb:

“Əslində heç istəməzdim bu cür cılız qalmaqal haqqında danışım. Heç ürəyimcə olmadı bu cür müqayisə. Təklif Röya Ayxandan gəldi. Karantin zamanı söylədi ki, yeni fotosessiya etmək istəyirəm. Cavab olaraq dedim ki, yeni imic dəyişikliyi üçün bir az düşünməliyəm. Röya o müddətdə geyim seçimlərini və digərlərini özü etmişdi. Bir tək qalmışdı saç və makiyaj. Karantində saçla bağlı bir az əziyyət çəkdim, çünki onların satıldığı mağazalar bağlı idi. Mən də bu niyyətlə həmkarlarımdan birinə (Gusik Simon - red.) müraciət etdim. O da məmnuniyyətlə pariki tapıb mənə verdi.

Amma həmkarımdan saç istəməyimə görə çox peşmanlıq çəkdim. Çünki 21 apreldə ondan alıb pariki Röyanın saçlarına taxıb, fotosessiyanı etdik. Həmkarım 25 aprel tarixində bizdən sonra Natavanın saçlarına həmin pariki taxaraq, çəkilişdə istifadə edib. İstəyirdilər ki, bu məsələni elə fırlatsınlar ki, guya biz onlardan sonra etmişik. Xırda, cılız və gülməli qalmaqaldır.

Natavanın hər zaman uzun saçları olub. Röyadan sonra dünya ulduzu Rihanna saçlarını uzadaraq, eyni saç düzümündə kamera önünə keçib. Onda belə çıxır ki, Rihanna Röyadan oğurlayıb? Çox gülməlidir. Belə bir şeylər etməyə heç gərək yox idi.

Qarşı tərəf sözlərimdən incisin və ya inciməsin. Röya ilə Natavan arasında bənzərlik sıfıra bərabərdir. Xalq artisti Roya Ayxan ilə fotosessiyanı ilk biz təqdim etdik. Amma hər iki ulduza taxılan parik eynidir. Qarşı tərəf bunu bilib, etməməli idi”.

Rəşad Əliyev