Yaponiyalı alimlər: Şizofreniyanı müalicə etmək mümkündür

07:00 04-05-2020 510

Yaponiyalı alimlər bu qənaətə gəliblər ki, şizofreniya beyinin ağ maddəsində yağ molekullarının çatışmazlığı ilə bağlıdır.

“Science” xəbər verir ki, onlar iddiasına görə, məhz bu səbəbdən xəstəliyinin müalicəsində effektiv nəticə əldə etmək olmur.

Alimlərin fikrincə, bu molekullar mərkəzi sinir sisteminin fəaliyyətində və sinir impulslarının ötürülməsində mühüm rol oynayan oliqodendrositlərin yaranmasına təkan verir.

“Bu molekulların azalması insanlarda hallüsinasiya və reallıqdan qopma kimi fəsadlar yaradır”, - deyə məlumatda deyilir.