Yupiterdən üç dəfə böyük planet aşkar edilib

08:20 04-05-2020 524

Astronomların kəşf etdiyi “Kepler-88d” planeti Yupiterdən üç dəfə çox çəkiyə malikdir.

“The Astronomical Journal” xəbər verir ki, “kosmik pəhləvanı” Yer kürəsindən 1243 işıq ili ayırır.

Planet Kepler-88 sistemində yerləşir. Qeyd etmək lazımdır ki, alimlər bu planeti kəşf etmək üçün altı il sərf ediblər.