Azərbaycanlı aktrisa: “35 yaşında, bu çəkidə ailə qurdu, bizi niyə alan yoxdur?” - VİDEO

12:20 05-05-2020 529

“Kök olmağım və özümdən 5-6 yaş kiçik insanla ailə qurmağım bəzi insanlarda, xüsusilə xanımlarda qıcıq yaradır”.

HerGun.Az xəbər verir ki, bu sözləri aktrisa Xuraman Əlizadə ARB TV-də yayımlanan “Elgizlə izlə” sosial-ictimai proqramında deyib.

Sosial şəbəkələrdə ünvanına yazılan tənqidi şərhlərdən təngə gələn aktrisa qadınların ona paxıllıq etdiyini dilə gətirib:

“Bəzən şərhləri oxuyuram. Çox baxmıram ki, əsəblərim pozulmasın. Övladıma daha çox zaman ayırıram. Bəzən insanları başa düşmürəm.

35 yaşında, bu çəkidə ailə qurdu, bizi niyə alan yoxdur? Düşünürəm ki, xəbis və paxıl insanlar bu səbəbdən qıcıqlanırlar. Başqa nə ola bilər ki?” 

 
Qeyd edək ki, aktrisa X.Əlizadə 2016-ci ildə Murad adlı şəxslə ikinci dəfə ailə həyatı qurub. Onun bu nikahdan bir oğlu var.

Rəşad Əliyev