Yeni əməliyyat olunan Nazənin dəbdəbəli villasını nümayiş etdirdi - FOTO/VİDEO

11:00 06-05-2020 595

İki həftə öncə qarın nahiyəsində əzələ qaçmasına görə rekonstruktiv əməliyyat keçirən məşhur müğənni Nazənin Salayeva dəbdəbəli villasını nümayiş etdirib.

HerGun.Az xəbər verir ki, sənətçi ATV-də yayımlanan “Bizimləsən” verilişinin canlı yayımına “Skype” vasitəsilə qoşulub.

Altı saat ağır əməliyyat keçirən Nazənin özünü yaxşı hiss etdiyini bildirib.

Proqramın aparıcısı Zaur Bəxşəliyevin israrı ilə Salayeva lüks villasını göz önünə çıxarıb:

“Evimi göstərmək kənardan yaxşı çıxmır. İndi bizi izləyənlər buna da bir söz qoşub deyəcəklər ki, həyətini göstərir. Kasıbın olanındandır”.

Nazənin yenicə əməliyyat olunsa da, Ramazan ayında oruc tutduğunu söyləyib.

Rəşad Əliyev