Yevlaxda 26 yaşlı kişi qətlə yetirildi

16:20 06-05-2020 745

Yevlaxda qətl törədilib.

APA-nın məlumatına görə, hadisə bu gün baş verib.

Rayon sakini, 1994-cü il təvəllüdlü Seyidov Ceyhun Məzahir oğlu bıçaqlanaraq qətlə yetirilib.

Faktla bağlı rayon Prokurorluğunda cinayət işi başlanıb.

Hazırda hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.