Futbolçuların məşhur ənənəsi qadağan edildi

23:40 07-05-2020 383

İngiltərə Premyer Liqasında koronavirus pandemiyası ilə əlaqədar oyun protokolunda müxtəlif dəyişikliklər və qadağalar tətbiq olunacaq.

“The Telegraph” nəşri yazır ki, diqqətçəkən qadağalar sırasında rəqib futbolçuların oyundan sonra formalarını dəyişdirmək ənənəsini qeyd etmək olar.

Qadağalar idmançıların su qablarından müştərək istifadəsinə, qələbə və ya qol vurulan zaman komanda şəklində sevinməsinə də şamil olunur.

Təşkilatçılar əmindirlər ki, qeyd olunan qadağalar koronavirus infeksiyasının yayılma riskini azaltmağa kömək edəcək.