Serena Uilyams ehtiyacı olanlara 45 min maska ianə etdi - FOTO

09:00 10-05-2020 396

Uzun illər dünyanın bir nömrəli qadın tennisçisi olmuş amerikalı raketka ustası Serena Uilyams ehtiyacı olanlara 45 min tibbi maska ianə edib.

HerGun.Az xəbər verir ki, S.Uilyams bu haqda “Instagram” hesabında məlumat verib.

Tennisçi əlavə edib ki, tibbi maskalar ilk növbədə COVID-19-la mübarizədə ön cərgədə olan səhiyyə işçilərinin ailələrinə çatdırılacaq.

Qeyd edək ki, son məlumatlara əsasən, ABŞ-da 1 milyon 322 min 163 nəfərin koronavirusa yoluxduğu aşkar edilib. 78 616 nəfər virusun qurbanı olub.