Bakıda iki avtomobil toqquşdu: Xəsarət alan var

00:40 11-05-2020 428

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Report-un məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.

Yol qəzası zamanı 1991-ci il təvəllüdlü Orucov Nicat Namiq oğlu müxtəlif bədən xəsarətləri alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sağ topuğunun sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.