Gəncədə qadın dərmandan zəhərləndi

01:00 11-05-2020 395

Gəncədə dərman preparatından zəhərlənmə faktı baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Natəvan qəsəbəsində qeydə alınıb.

1994-cü il təvəllüdlü Vəliyeva Aytən Gəncəli qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

26 yaşlı qadının hansı səbəbdən dərman içərək zəhərlənməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.