Marketdən oğurluq edən şəxs kameraya düşdü - FOTO

01:20 11-05-2020 365

Sumqayıtda marketdən oğurluq olub.

APA-nın məlumatına görə, hadisə şəhərin 13-cü mikrorayonunda yerləşən marketlərdən birində qeydə alınıb.

Oğurluq əməli müşahidə kameralarına da düşüb. Görüntülərdən aydın olur ki, marketə daxil olan 30-35 yaşlarında kişi spirtli içkilər olan vitrinə yaxınlaşıb.

O, ətrafa göz gəzdirərək heç kimin olmadığına əmin olduqdan sonra iki spirtli içkini götürərək gödəkçəsinin altında gizlədib. Daha sonra həmin şəxs maketi tərk edib.

Market sahibi hadisə ilə bağlı polisə müraciət edib. Hazırda polis həmin şəxsin kimliyini araşdırır.