Saatlıda ağır yol qəzası: Xəsarət alanlar var

03:00 11-05-2020 382

Saatlıda baş verən avtoqəzada iki nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, hadisə Saatlı rayonunun Potubəyli kəndi ərazisində qeydə alınıb.

Minik avtomobillərinin toqquşması nəticəsində Bakı sakinləri, 1993-cü il təvəllüdlü Vəlixanlı Ceyhun Əhəd oğlu və 1983-cü il təvəllüdlü Bağırov Nurlan Əlifağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Saatlı rayon xəstəxanasına çatdırılıb.

Xəsarət alanlardan birinin vəziyyəti ağır olduğundan paytaxta yola salınıb.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.