Qubada iki avtomobili sel apardı - VİDEO

06:20 11-05-2020 502

Qubada iki avtomobili sel aparıb.

Baku TV xəbər verir ki, hadisə Vəlvələ çayının rayonun Yerfi və Dərk kəndləri ərazisindən keçən hissəsində baş verib.

Şahidlərin sözlərinə görə, çaydan keçmək istəyən iki avtomobil sel sularına tuş gəlib. Nəticədə “Niva” və UAZ markalı iki avtomobil çayda batıb.

Avtomobildə olan şəxslər xilas olunsa da, nəqliyyat vasitələri sel sularının altına qalıb. Daha sonra əraziyə xüsusi texnikalar cəlb edilib. “Niva” markalı avtomobili çıxarmaq üçün əraziyə gələn “QAZ 66” markalı avtomobilin cəhdi isə uğursuz alınıb.

Ardınca traktor vasitəsi ilə avtomobilləri çıxarmaq mümkün olub. UAZ markalı avtomobil tamamilə istifadəyə yararsız vəziyyətə düşüb.