Vətənə qayıda bilməyən azərbaycanlılar üçün Rusiyada yerləşmə məntəqəsi açılır - VİDEO

09:00 11-05-2020 503

Koronavirus pandemiyasına görə sərhədlərin bağlanması səbəbindən Rusiyadan vətənə qayıda bilməyən Azərbaycan vətəndaşları üçün müvəqqəti yerləşmə məntəqəsi açılacaq. 

TASS-ın məlumatına görə, məntəqəni Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Dağıstan Respublikası üzrə İdarəsi açacaq.

Məlumatda bildirilir ki, Rusiya FHN-in Dağıstan Respublikası üzrə Baş İdarəsinin avtomobil qatarı Mahaçqaladan Məhərəmkənd rayonuna 210 nəfərlik insan üçün avadanlıq çatdırıb. 

Hazırda həmin regionda Azərbaycana qayıda bilməyən çoxlu sayda vətəndaşımızın olduğu bildirilir.