Samirə Allahverdiyeva: “Oğlum uşaqlıqdan Qarabağda vuruşacağını deyir” - FOTO

10:40 11-05-2020 428

“Oğlum artıq universitet məzunudur. Bu il onu hərbi xidmətə yola salacağam”.

HerGun.Az xəbər verir ki, bu sözləri efirlərdə az-az görünən populyar estrada müğənnisi Samirə Allahverdiyeva Xəzər TV-də yayımlanan “Şən Bazar” səhər şousunda qonaq olarkən deyib.

Sənətçi uşaqlarının vətənpərvər ruhda böyüdüyünü diqqətə çatdırıb:

“Oğlum çox vətənpərvərdir. Uşaqlıqdan Qarabağda vuruşacağını deyir. Hər şey tərbiyədən, ailədən və böyüklərdən irəli gəlir”. 

Proqramın gedişatında S.Allahverdiyeva karantinin mənfi təsirlərindən də söz açıb:

“Karantinə görə bütün işlərim təxirə düşdü. Baş verən hadisələrə adaptasiya olmaq asan deyil. Psixoloji olaraq bizə çox mənfi təsir etdi. Bu hadisələri filmlərdən izləyirdik. Amma indi bu proseslərin şahidi oluruq. Virusun içində yaşayırıq.

1990-cı ilin müharibəsini yaşamış bir insanam. Yadıma gəlir ki, çörək növbəsinə dururduq. Hətta iki-üç dəfə çörək növbəsinə dayansam da, qıtlıq olduğundan mənə çatmamışdı. Ümüd edirəm ki, bütün bunlar tezliklə bitəcək, biz də öz işimizə geri dönəcəyik”.

Qeyd edək ki, müğənni S.Allahverdiyevanın Əli adlı oğlu və Məryəm adlı qızı var.

Rəşad Əliyev