Gədəbəydə polis əməkdaşları sakinlərə maska payladı - FOTO

17:00 11-05-2020 352

Gədəbəydə polis əməkdaşları sakinlərə maska paylayıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, karantin rejiminin qaydalarına riayət olunması məqsədilə Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində insanların sıx toplaşdığı bank, poçt məntəqələrinin və digər idarələrin qarşısında sosial məsafənin təmin olunmasına nəzarət edir. 

Polis əməkdaşları sakinlərə xüsusi karantin rejiminin tələblərini izah edib, ara məsafəsinin qorunmasını xatırladıb və onlara tibbi maska paylayıblar.