Azərbaycanlı diaspor fəalları ailəlikcə koronavirusa yoluxdular - RƏSMİ

17:20 11-05-2020 386

“Xaricdə yaşayan diaspor fəalları arasında ailəlikcə koronavirusa yoluxanlar var”.

HerGun.Az-ın məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı bildirib.

Onun sözlərinə görə, hər gün Komitə tərəfindən həmin şəxslərin gündəlik vəziyyəti, ehtiyacları öyrənilir:

V.Vahidqızı qeyd edib ki, müxtəlif ölkələrdə yaşayan diaspor fəalları arasında koronavirusa yoluxanlar var:

“Onlar Macarıstan, Yunanıstan, Fransa, ABŞ, Ukrayna və digər ölkələrdən olan fəallarımızdır. Həmin şəxslərdən sağalanlar da var”.

İlhamə Əbülfət