Yevlaxda evdən 600 manat oğurlandı

17:40 11-05-2020 563

Yevlaxda evdən oğurluq edənlər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 9-da rayon ərazisindəki evlərin birindən 600 manat oğurlamaqda şübhəli bilinən şəhər sakinləri A.Qənbərov, C.Qaçayev və E.İsmayılov ələ keçib.