Bu gün 30 nəfər koronavirusdan sağalaraq evə buraxıldı

19:00 11-05-2020 24

Azərbaycanda 30 nəfər koronavirusdan müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.

Hazırkı dövrədək ölkəmizdə 2589 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1680 nəfər müalicə olunaraq sağalıb.