İlk Qədr gecəsində ibadətlər belə təşkil olunacaq - VİDEO

01:00 12-05-2020 437

Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, sabah Azərbaycanda Ramazan ayının ilk Qədr gecəsi olacaq. Ayın ilk Qədr gecəsi mayın 12-dən 13-nə keçən gecəyə təsadüf edir.

Digər Qədr gecələri isə mayın 14-ü (Ramazanın 20-ci günü) və 16-sı (Ramazanın 22-ci günü) olacaq. Sonuncu qədr gecəsi isə mayın 20-dən 21-nə keçən gecəyə təsadüf edəcək. 

11 ayın sultanı olan Ramazan ayı, bu il bütün dünyanın koronavirus pandemiyası ilə mübarizə apardığı bir vaxta təsadüf etdiyindən ölkə ərazisində məscidlər fəaliyyət göstərmir.

Ətraflı Baku TV-nin hazırladığı sujetdə: