Bacısı Manaf Ağayev barədə: “Gözümü, ürəyimi ona verməyə hazıram” - VİDEO

15:40 12-05-2020 533

“Manafsız yaşaya bilmərəm. O, qeyri-adi insandır. Ona hədsiz bağlıyam. Xoşbəxtəm ki, Manafın bacısıyam”.

HerGun.Az xəbər verir ki, bunu məşhur müğənni Manaf Ağayevin bacısı ATV kanalında yayımlanan “Şou ATV” səhər proqramında deyib.

M.Ağayevin bacısı qardaşı ilə yaşadığı acılı günləri yada salaraq, etirafı ilə canlı efirdə qonaq olan müğənnini kövrəldib:

“1993-cü ildə atamızı itirdik. Atamızın qəbri üstünə bir dəfə gedə bildik. Daha sonra məzarına bir dəstə gül də apara bilmədik. Ev-eşiyimizdən didərgin düşdük. Helikopterlər başımızın üstündə uçurdu. Çox ağır günlərimiz olub. Nə qədər yataqxanada yaşadıq. O yataqxananın eyvanına çıxıb nə qədər göz yaşı axıtmışam.

Manafın başından bir tük əskik olsa, dözə bilmərəm. Onu o dərəcədə çox istəyirəm. Elə bilirəm ki, Manaf mənim döyünən ürəyimdir. Biz onunla yaşayırıq. Gözümü, ürəyimi ona verməyə hazıram. Sənin yolunda hər şey edərəm”.

Bacısının səmimi etiraflarından göz yaşlarına boğulan M.Ağayev hazırlanan süjetdən bixəbər olduğunu dilə gətirib:

“Bacım mənim icazəm olmadan bir iş görmür. Heç zaman ağlımın ucundan keçməzdi ki, belə müsahibə verər. İnanın, məni çox təəcübləndirdiniz”. 

Rəşad Əliyev