Məhkəmə Rusiyanın məşhur müğənnisi ilə bağlı qərar verdi

03:40 13-05-2020 458

Moskva məhkəməsi park etməyə görə yazılan cəriməni ödəməyən Rusiyanın məşhur müğənnisi Valeri Meladze haqqında qərar çıxarıb.

“RİA Novosti” agentliyi xəbər verir ki, V.Meladze 2019-cu ilin avqust ayının sonunda avtomobil parklanmasına görə yazılan beş min rubl (115 manat) cəriməni ödəməyib.

Sənətçi bu səbəbdən məhkəmənin qərarı ilə 10 min rubl (321 manat) cərimə olunub.

Qeyd edək ki, V.Meladze avtomobilini ödənişli dayanacaqda saxlasa da, pul ödəməkdən imtina etmişdi.