Bağlanan banklardakı ipoteka kreditlərinin həcmi açıqlandı

12:40 13-05-2020 503

“Bağlanan banklarda 211 milyon manatlıq ipoteka kreditləri var”.

HerGun.Az-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, miqrasiyanın hansı banka edilməsini İpoteka və Kredit Zəmanət Fondu özü müəyyənləşdirəcək:

“Eyni zamanda, bağlanan banklarda əmanətlərin 99 faizdən çoxu sığortalıdır. Həmin banklarda qorunmayan əmanətlərin həcmi isə üç milyon manat təşkil edir”.

İlhamə Əbülfət