Açıq-saçıq şəkillərinə görə təhqir olunan Mina qəzəbləndi: “Beyinsiz məxluqlarsınız” - FOTO

15:20 13-05-2020 480

“Öz həyatınıza baxın! Özgəsinin həyatına burnunuzu soxmayın!”

HerGun.Az xəbər verir ki, bu sözləri “Dur oppan” mahnısı ilə şou-biznesə səs salan müğənni Mina Hüseyn onu təhqir edən izləyicilərinə ünvanlayıb.

Seksual imicdə bir-birindən açıq-saçıq fotolarını başına qaxınc edən izləyicilərinə Mina sosial media hesabı ilə cavab verib:

“Cəsarətsiniz, qorxaqsınız, “çuşkasınız”. İşiniz insanları müzakirə etməkdir. Beyinsiz məxluqlarsınız. Düşüncələriniz, beyinləriniz o qədər tərbiyəsiz yetişdirilib ki, hər yerdə, hər zaman bunu büruzə verirsiniz. Ədalətsiz dünya deyil, sizsiniz.

Hamıya pis gözlə yox, xoş niyyətlə baxsanız, bəlkə də xoşbəxt olardınız. Hər şeydən önəmli niyyətdir. Ən sevdiyin insanın başına elə bir hadisə gələr ki, onda kiminsə haqqına girməyin lazımsızlığını anlayarsan. Bu həyat boşdur. Hamı bədəlini ödəyəcək. Siz kimsiniz ki, insanların günahını alırsınız”.

Rəşad Əliyev