Azərbaycanda karantin dövründə bu qədər boşanma qeydə alınıb - RƏSMİ

19:40 13-05-2020 463

Bu ilin aprel ayında, yəni koronavirus infeksiyasının qarşısının alınması üçün tətbiq olunan xüsusi karantin rejimi dövründə Azərbaycanda qeydə alınan nikah və boşanma hallarının sayı məlum olub.

Bu barədə “Report”a Ədliyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, cari ilin aprel ayında qeydiyyat orqanlarında 1 611 nikah və 477 nikahın pozulması dövlət qeydiyyatına alınıb.