Sabirabadda iki uşaq anası intihar edib

01:40 14-05-2020 313

Sabirabadda intihar hadisəsi qeydə alınıb.

APA-nın məlumatına görə, hadisə Sabirabad rayonunun Həşimxanlı kəndində baş verib. 

Rayon sakini, 1995-ci il təvəllüdlü Hüseynova Sevinc Aqil qızı atası evində özünü üzüm çardağından asaraq intihar edib. 

Qeyd edək ki, S.Hüseynova iki uşaq anası olub və epilepsiya xəstəliyindən əziyyət çəkib.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.