Balakəndə sürücü ehtiyatsızlıqdan iş yoldaşını öldürüb - VİDEO

02:00 14-05-2020 476

Balakəndə sürücü ehtiyatsızlıqdan iş yoldaşını vuraraq öldürüb.

Hadisə günorta saatlarında Balakən şəhəri 28 may küçəsində yerləşən Kərpic İstehsalı Müəssisəsində baş verib. Sürücü işləyən 29 yaşlı Muradov Murtuz Nazim oğlu idarə etdiyi avtokarla müəssisənin həyətində olarkən ehtiyatsızlıqdan həmin müəssisədə sürücü vəzifəsində çalışan iş yoldaşı, 63 yaşlı Malaxov Əhməd Malax oğlunu vurub.

Əhməd Malaxov aldığı xəsarətdən hadisə yerindəcə vəfat edib.

Faktla bağlı Balakən Rayon Prokurorluğunda CM-nin 162.2-ci maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.