Polis Şamaxıda vətəndaşları sanitar rejimə əməl etməyə çağırdı

02:20 14-05-2020 329

Polis Şamaxıda vətəndaşlarla maarifləndirici söhbətlər aparıb, tibbi maska paylayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Şamaxıda da vətəndaşların sağlamlığının qorunması, infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən maarifləndirici, izahedici söhbətlər aparılır.

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vətəndaşlara evdən çıxarkən qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan istifadə etmələri, insanlarla təmas zamanı iki metrlik ara məsafəsini saxlamaları tövsiyə olunub. Bankların, poçt filiallarının qarşısında, əhalinin sıx olduğu digər ərazilərdə sosial izolyasiya tədbirlərinə nəzarət olunur, vətəndaşlara tibbi maskalar paylanılır.