Oğulluğuna aylarla işgəncə verdi, dişlərini, qabırğalarını qırdı

06:00 14-05-2020 38

“Onun üç dişi, səkkiz qabırğası qırılmışdı, qolu sınmışdı, ombasında çat var idi, bədəni gömgöy idi, uşaq qəddarcasına döyülmüşdü”.

Bu, atalığı tərəfindən aylarla döyülən uşağı xəstəxanada müayinə edən həkimin sözləridir.

NTV-nin məlumatına görə, dəhşətli hadisə Rusiyada yaşanıb.

Bildirilir ki, uşaq yeddi saat əməliyyat olunub. Bundan sonra isə o, komaya düşüb və demək olar ki, bir həftə reanimasiyada qalıb.

Uşağı atalığı huşu gedənə qədər döyübmüş. Məlum olub ki, bu vəhşilik aylarla davam edib.

Uşağın bədənində döyülmə izlərini görən nənə dərhal polisə, prokurorluğa müraciət edib. Lakin heç kim ona inanmayıb. Uşaq reanimasiyaya düşənə qədər heç bir iş görülməyib.

Artıq kişi saxlanılıb. Onun barəsində cinayət işi açılıb.