Ulduz futbolçu şantaj edildi: Hər intim foto üçün beş min avro…

10:00 14-05-2020 402

Fransanın PSJ komandasının argentinalı keçmiş hücumçusu Esekyel Lavessi şantajın qurbanı olub.

Bu barədə “La Nacion” nəşri yazıb.

Nəşrə məlumat verən mənbənin sözlərinə görə, şantaj edən şəxslər əllərində olan hər video və şəkil üçün E.Lavessidən beş min avro pul alıblar. Onlar əks halda intim fotolarını sosial şəbəkələrdə yaymaqla keçmiş futbolçunu hədələyiblər.

Hazırda iş üzrə araşdırma aparılır.