Bakıda dələduzluğa məruz qalan qadın intihara cəhd etdi

02:00 15-05-2020 30

Bakı şəhəri, Sabunçu rayonunun 14-cü polis bölməsinin əməkdaşları Maştağa kənd sakininin intihara cəhd etməsinin səbəbini aşkarlayıblar.

Hüquq-mühafizə orqanlarından HerGun.Az-a verilən məlumata görə, 1982-ci il təvəllüdlü Əntiqə Rzayeva intihar etmək üçün çox sayda dərman həbləri qəbul edib. Təcili şəkildə 1 saylı Klinik Tibbi Mərkəzə gətirilən qadının həyatını xilas etmək mümkün olub.

İntiharın səbəbi isə Fərrux adlı şəxs olub. Belə ki, qadının mənzil almaq adı ilə 18 min manat pulunu mənimsəyən şəxs onun özünü öldürmək cəhdinə səbəb olub.

Hazırda faktla bağlı araşdırma aparılır. Dələduzluq şübhəsi ilə axtarışda olan şəxs isə hələlik yaxalanmayıb.

Ramella İbrahimxəlilova