“Ölkəmizdə ABŞ-ın beynəlxalq JCI sertifikatını almış özəl xəstəxanalar fəaliyyət göstərir” - Nadir Zeynalov

23:40 15-05-2020 350

“Dövlət tibb müəssisələrinin akkreditasiyasına hazırlıq görülür”.  

HerGun.Az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyi aparatının rəhbəri Nadir Zeynalov “İctimai TV” telekanalında yayımlanan “Diqqət mərkəzində” verilişində deyib.  

O bildirib ki, Azərbaycanda xəstəxanaların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində müasir standartlar tətbiq edilir: “Ölkə səhiyyəsi hazırda İcbari Tibbi Sığorta sisteminə keçid mərhələsindədir. Dövlət tibb müəssisələrinin akkreditasiyasına hazırlıq gedir. Onu da qeyd etmək lazımdır ki, bu gün ölkəmizdə ABŞ-ın beynəlxalq JCI sertifikatını almış özəl xəstəxanalar da fəaliyyət göstərir”. 

Könül Cəfərli