Qazaxda avtomobil körpüdən aşdı: Yaralı var

01:00 16-05-2020 336

Qazax rayonunda baş verən avtomobil qəzası nəticəsində bir nəfər xəsarət alıb. 

“Report”un Qərb Mərkəzinin məlumatına görə, rayonun Fərəhli kənd ərazisində hərəkətdə olan “VAZ-21099” markalı avtomobil idarəetmədən çıxaraq körpüdən aşıb. 

Qəza nəticəsində avtomobilin sürücüsü Nəriman Məmmədov müxtəlif bədən xəsarətləri alıb.  

O, Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə yerləşdirilib. N.Məmmədovun vəziyyətinin qənaətbəxş olduğu bildirilir. 

Faktla bağlı araşdırmalara başlanılıb.