Kürdəmirdə ilanlar evlərə və həyətlərə hücum edib - VİDEO

10:20 16-05-2020 473

Kürdəmirin Mürtülü kəndində 10-a yaxın ailənin evində və həyətində çox sayda ilanlar peyda olub. 

Kənd sakinlərinin sözlərinə görə, bu vəziyyət artıq bir neçə ildir ki, davam edir. Lakin ilanların peyda olması builki qədər kütləvi hal almamışdı.

Nəzərə alsaq ki, evlərdə böyüklərlə yanaşı, azyaşlı uşaqlar da yaşayır, vəziyyətin nə qədər ciddi olduğunu söyləməyə ehtiyac yoxdur.

Sakinlər mövcud vəziyyətlə bağlı aidiyyəti qurumlara dəfələrlə məlumat versələr də, indiyədək bu məsələ ilə bağlı tədbir görülməyib. İlanlar gün ərzində bəzi evlərin tavanından, bəzi evlərin isə zirzəmisindən otaqlara daxil olmağa çalışırlar.

Qeyd edək ki, kənd ərazisində 10-a yaxın evin sakinləri hər gün qorxu içərisində yaşayırlar. Onlar müvafiq strukturlardan kömək gözləyirlər.

Daha ətraflı Baku.TV-nin süjetində: