TƏBİB Azərbaycanda koronavirusla bağlı bu günə olan statistikanı açıqladı

22:00 16-05-2020 324

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusla bağlı bu günə olan statistikanı açıqlayıb. 

Məlumata görə, bu gün ölkəmizdə daha 5642 nəfər koronavirus testindən keçib.

Bununla da ümumilikdə 226 005 şübhəli koronavirus testindən keçib. 

Reanimasiyada olan xəstə sayı 38, süni tənəffüs cihazına qoşulu xəstə sayı 13 nəfərdir.