Rusiya futbolunda koronavirusa ilk yoluxma halı aşkarlandı

23:20 16-05-2020 387

Moskva “Lokomotiv” futbol klubunun və Peru millisinin hücumçusu Cefferson Farfan koronavirusa yoluxub.

“Baza” “Telegram” kanalı xəbər verir ki, bu, Rusiya Premyer Liqası (RPL) klublarının oyunçuları arasında ilk yoluxma halıdır.

Daha öncə xəbər verdiyimiz kimi, RPL-də yarımçıq qalmış mövsüm iyunun 21-də bərpa olunmalıdır.

35 yaşlı Farfan 2017-ci ildən “Lokomotiv”də çıxış edir. Komanda ilə birlikdə o, 2017-2018-ci illər mövsümündə Rusiya çempionu adını qazanıb, iki dəfə ölkə kubokunun və bir dəfə Superkubokun sahibi olub.

RPL-də 22 turdan sonra “Lokomotiv” 41 xalla turnir cədvəlində ikinci yeri tutur.