Abşeronda üç otaqlı ev yandı

00:20 17-05-2020 398

Abşeron rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə zamanı ümumi sahəsi 70 kvadratmetr olan birmərtəbəli üç otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.