Braziliyada koronavirus dəhşəti: Ölənlərin dəfni üçün gecə-gündüz işlər gedir - VİDEO

02:20 17-05-2020 521

Braziliyada koronavirusdan ölənlərin dəfni üçün gecə-gündüz işlər gedir. Bu barədə RT kadrlar yayımlayıb.

Məlumata görə, xəstəxanalar dolub daşır. Yerli nümayəndələrdən birinin sözlərinə görə, heç kim buna hazır olmayıb:

“Hər şey qəfil baş verdi. Xəstəxanalar, qəbiristanlıqlar hazır deyildi. Biz gecə-gündüz işləyirik...”

Son məlumatlara görə, Braziliyada 220 291 nəfər koronavirusa yoluxub, onlardan 14 962 nəfəri vəfat edib.