“Baskervillərin pişiyi” yerli sakinləri qorxu altında saxlayır - VİDEO

06:00 17-05-2020 422

İngiltərənin Devon qraflığının sakinləri son həftələri qorxu altında keçirirlər. Onların iddiasına görə, bataqlıqlarda yaşayan “böyük pişik” gecələr ev heyvanlarına hücum edir.

“The Sun” nəşri yazır ki, “Baskervillərin pişiyi” Tedbern-Sent-Meri kəndinin yaxınlığında peyda olub.

Güman edilir ki, naməlum heyvanın nəhəng pəncələrinin izlərinə eybəcər hala salınmış maral cəsədinin yaxınlığında rast gəlinib.

“Hazırda özünütəcrid rejimi səbəbindən bu meşələrə və bataqlıqlara heç kim getmir, buradan Dartmura qədər cəmi beş mil (təxminən səkkiz kilometr) məsafə var, buna görə də izləri görəndən sonra çox düşünməli oldum”, - yerli sakinlərdən biri deyib.

Böyük pişikkimilər üzrə ekspert, doktor Terri Mur jurnalistlərə bildirib ki, Devondan dörd saatlıq məsafədə yerləşən Hartfordşirdə kəndlərin yaxınlığında sərbəst dolaşan pumalar və panteralar haqqında məlumatlar daxil olub.