Hər gün başqa şəhərə zəng edərək, görmə əngəlli qızcığaz üçün nağıllar oxuyur - VİDEO

08:00 17-05-2020 391

Rusiyanın Moskva vilayətində yaşayan Timofey adlı yeniyetmə nağıl oxumaq üçün hər gün Yekaterinburqa zəng edir

360.tv xəbər verir ki, Ural dağlarının o tərəfində yaşayan Daşa adlı qızcığaz anadangəlmə görmə əngəllidir, amma bütün uşaqlar kimi nağıl dinləməyi sevir.

Qızın telefonunu sosial şəbəkədən öyrənən məktəbli oğlan ona zəng edərək, telefonla nağıllar və povestlər oxuyur.