Kanadada koronavirus peyvəndinin sınaqlarına start verildi

09:20 17-05-2020 447

Kanadanın Baş naziri Castin Trüdo ölkədə koronavirusa qarşı peyvndin ilk sınaqlarının başlandığını elan edib.

TASS xəbər verir ki, hökumət başçısı bunu mayın 16-da televiziya ilə xalqa müraciətində bildirib.

Onun sözlərinə görə, testlərin aparılması ölkənin Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənib və sınaqlar Yeni Şotlandiya ştatında yerləşən Qalifaks şəhərindəki Dolhauzi Universitetinin vaksinologiya mərkəzində baş tutacaq.

“Sınaqlar uğurla nəticələnərsə, biz peyvəndi öz ölkəmizdə istehsal edib yayacağıq”, - C.Trüdo deyib.