Dünyada koronavirusla bağlı son STATİSTİKA

09:40 17-05-2020 376

Dünyada 4 721 887 nəfər koronavirusa yoluxub. 

Bu barədə HerGun.Az-ın onlayn statistikasında qeyd edilir. 

Virusdan 313 263 nəfər ölüb, 1 812 189 nəfər sağalıb. 

Dünyada koronavirusa ən çox yoluxma halı ardıcıl olaraq ABŞ (1 507 773 nəfər), İspaniya (276 505 nəfər), Rusiya (272 043 nəfər), Böyük Britaniya (240 161 nəfər), Braziliya (233 511 nəfər), İtaliya (224 760 nəfər), Fransa (179 365 nəfər), Almaniya (176 244 nəfər), Türkiyə (148 067 nəfər) və İrandadır (118 392 nəfər). 

Koronavirusun ilk yayıldığı dövlət olan Çin ilk onluğa daxil deyil. Bu ölkədə indiyə qədər 82 941 nəfər koronavirusa yoluxub. 

Azərbaycanda 3 138 nəfərdə koronavirus aşkar edilib. Virusa yoluxanlardan 1 944 nəfəri müalicə olunaraq sağalıb.