Türkiyədə son sutka ərzində daha 44 nəfər COVID-19-dan vəfat edib

21:20 17-05-2020 19

Bu gün Türkiyədə daha 44 nəfər koronavirusdan vəfat edib. 

Bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca sosial media hesabında məlumat verib. 

Həmçinin son sutka ərzində ölkədə daha 1 368 yoluxma faktı qeydə alınıb. Bununla da Türkiyədə COVID-19-a yoluxanların ümumi sayı 149 435, bu virusdan vəfat edənlərin sayı isə 4140 nəfərə çatıb.

Ümumilikdə virusdan sağalanların sayı isə 109 962 nəfərdir.