Pensiyanın bir növündən başqa növünə keçmək mümkün olacaq

13:00 18-05-2020 374

Yeni qanun layihəsində təqaüdçülərin maraqları nəzərə alınmaqla, istisna olmadan onların əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququnun təsbit edilməsi nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 34-cü maddəsinə əsasən, təqaüdçülərin yaşa görə pensiya növündən əlilliklə bağlı növünə keçirilməsi məhdudlaşdırılıb.

Yeni qanun layihəsində nəzərdə tutulan dəyişiklik bu məhdudiyyəti aradan qaldırmağa yönəldilib. Yəni, hər bir təqaüdçü öz seçiminə uyğun olaraq, hüququ olan istədiyi digər pensiya növünə istisna olmadan keçə biləcək. 

Həmin şəxsin ərizəsinə ən geci 10 iş günü müddətində baxılmaqla, onun digər pensiya növünə keçirilməsi və həmin təqaüdün hesablanaraq təyin edilməsi təmin olunacaq.