Köhnə borudan fontan vuran su avtomobilləri yararsız hala saldı - VİDEO

05:20 19-05-2020 530

Rusiyanın Novosibirsk şəhərində su borusunun partlaması nəticəsində bir neçə avtomobilə ciddi ziyan dəyib.

REN TV xəbər verir ki, hadisə avtodayanacağın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

İlkin məlumata görə, su borusu köhnə olduğundan onun daxili daş və müxtəlif tullantılarla dolu olub və nəticədə kəmərdən fontan vuran su avtomobilləri yararsız hala salıb.