Rəqsanə hamam xalatında yataq görüntüsünü paylaşdı - FOTO

09:40 20-05-2020 506

Rusiyada yaşayıb, orada müğənnilik fəaliyyətini uğurla davam etdirən Rəqsanə İsmayılova paylaşımı ilə özündən söz etdirib.

HerGun.Az xəbər verir ki, hamam xalatında başını dəsmalla bağlayıb yataqda oturan sənətçinin çəkdirdiyi foto sosial media hesabında paylaşılıb.

R.İsmayılovanın “Səni həyatının sonuna kimi qınayacaqlar. Ona görə də, istədiyin kimi yaşa...” başlığı altında paylaşdığı şəkil izləyicilər tərəfindən xoş rəylərlə qarşılanıb.

Onlar müğənninin ünvanına təriflər yağdırıblar.

Qeyd edək ki, Rəqsanə İsmayılova koronavirusla əlaqədar tətbiq edilən karantin rejimi dövründə çətin vəziyyətdə qalmış Moskvada yaşayan Azərbaycan vətəndaşlarına ərzaq yardımları edir.

Rəşad Əliyev