15 illik ailə həyatına son qoyan Hollivud aktrisası sevgilisinə hamamda işgəncə verdi - VİDEO

13:00 21-05-2020 25

Hollivud aktrisası Meqan Foks və əsl adı Kolson Beyker olan 30 yaşlı musiqiçi birgə ərsəyə gətirdikləri “Machine Gun Kelly” adlı yeni layihələri ilə gündəmə səs salıblar.

HerGun.Az xəbər verir ki, aktrisa “Qanlı Valentin” bəstəsi üçün çəkilən klipdə reperin dəlisov və çılğın sevgilisini canlandırıb.

Rejissor Maykl Qarsianın ərsəyə gətirdiyi ekran işində Meqan sevgilisini incitməyə çalışır - ağzını lentlə, əllərini iplə bağlayır, ona zorla fransız kruasanı yedirdir və sonda feni onun uzandığı vannaya atır. Bu “əyləncələr” əsnasında cütlük evin damında gitara çalıb, mahnı ifa edirlər.

Meqan ilə Kolson birgə işə başlayanda dost kimi ünsiyyət qurublar, lakin tədricən aralarında qarşılıqlı hisslər yaranıb.

Qeyd edək ki, 34 yaşlı aktrisa Meqan Foks ilə həmkarı, 46 yaşlı Brayan Ostin 15 illik münasibətlərinə son qoyublar.

Lakin aktyor keçmiş həyat yoldaşı ilə yenidən görüşə biləcəyini istisna etməyib.

Cütlük 2004-cü ildə “Ekranın kraliçası” serialının çəkilişlərində tanış olub. 2009-cu ilin fevral ayında ayrıldıqlarını elan etsələr də, bir il sonra yenidən barışaraq, bir araya gəliblər. Elə həmin ilin iyun ayının 25-də cütlük Maui adasında evlənib. Onların üç övladı var.

Rəşad Əliyev