Rusiyada xəstəxanada yanğın: Ölənlər var - VİDEO

09:40 23-05-2020 457

Tatarıstanın Zelenodolsk şəhər xəstəxanasında yağın baş verib. Hadisə nəticəsində azı üç nəfər həyatını itirib.

Bu barədə “İnterfaks” xəbər yayıb.

İlkin ehtimallara görə, yanğına elektrik xətlərində qısaqapanma səbəb olub. Binadan 88 nəfər təxliyyə edilib.

Şahidlər bildiriblər ki, əvvəlcə xəstəxananın işıqlandırılmasında problemlər yaranıb, daha sonra birinci mərtəbə tüstülənib.